Rusiyalı azarkeş: "Bakı veloparkı çox səliqəlidir" - AÇIQLAMA

Rusiyalı azarkeş: "Bakı veloparkı çox səliqəlidir" - AÇIQLAMA

"Bu gün qardaşım Bakıda BMX üzrə dünya çempionatında iştirak edəcək. Ümüd edirəm ki, o, finala kimi yüksəlib qalib qələcək". Bunu SİA-ya açıqlamasında BMX üzrə dünya çempionatını izləmək üçün ölkəmizə gələn rusiyalı yeniyetmə azarkeş Nikita Vorobyev deyib.

Bu idman yarışına olan marağından danışan yeniyetmə deyib: “Burada tullanmaq, əylənməq, müxtəlif texnika nümayişlərinə baxmaq olur. Bakıdakı stadion çox xoşuma gəlir. Bakı veloparkı çox səliqəlidir. Bu ilki çemipionatda iştirak edə bilmədiyim üçün çox məyusam. Amma ümüd edirəm ki, növbəti yarışlarda Bakıda çıxış edə biləcəyəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə