“Araz” bu gün UEFA kubokunun elit-raundunda ilk oyununu keçirəcək

“Araz” bu gün UEFA kubokunun elit-raundunda ilk oyununu keçirəcək

Futzal üzrə UEFA kubokunun elit-raundunda Azərbaycan təmsilçisi "Araz" bu gün ilk oyununu keçirəcək. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, təmsilçimiz Kiprin "Ararat Nikosiya" komandası ilə qarşılaşacaq.
Oyun Yekaterinburq şəhərindəki İdman Sarayında təşkil olunacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə