Kolumbiyalı turist: “Azərbaycanda insanlar xoşbəxtdirlər” - AÇIQLAMA
“Mən velosiped idmanı ilə məşğul oluram. Ötən il mən də yarışlara qatılırdım. Bu il isə Azərbaycana BMX üzrə dünya çempionatına baxmaq üçün turist kimi gəlmişəm. Bir idmançı kimi deyə bilərəm ki, Bakının stadionu çox gözəldir. Trek xüsusiliyi və özünəməxsusluğu ilə seçilir. Burada təşkilatçılıq yüksək səviyyədədir”. Bunu SİA-ya açıqlamasında Bakıda keçirilən BMX üzrə dünya çempionatına baxmağa gələn kolumbiyalı turist Rafael Guevara deyib.
O, Bakını çox bəyəndiyini, bura turist kimi gəldiyinə görə şad olduğunu vurğulayıb: “Bakı gözəl şəhərdir. Buranın insaları çox qonaqpərvərdirlər. Azərbaycanda insanlar xoşbəxtdirlər. Bakının bir çox yerlərində olmuşam. Yarışdan sonra yenə paytaxtınızı gəzəcəyəm”.
Müəllif: Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB