Latviya - Azərbaycan matçının hakimləri müəyyənləşib

Latviya - Azərbaycan matçının hakimləri müəyyənləşib

Futbol üzrə Latviya - Azərbaycan yoxlama oyununun hakim təyinatları açıqlanıb. SİA-nın məlumatına görə, matç Belarus Futbol Federasiyasından Denis Şerbakova həvalə olunub. Ona həmyerliləri Yuri Xomçanka və Andrey Xetsikov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Aleksandr Anufriyev yerinə yetirəcək.

Qeyd edək ki, oyun iyunun 9-u Riqanın “Dauqava” stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə