“Oğlum Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatında mübarizə aparır. Onunla birlikdə Azərbaycanda gəldiyimə görə şadam. Bura mənim çox xoşuma gəlir”. Bunu SİA-ya açıqlamasında ölkəmizdə keçirilən BMX üzrə dünya çempionatına baxmağa gələn estoniyalı qonaq Kadri Raid deyib.
O, dünya çempiontının təşkilati işlərinin yüksək səviyyədə olduğunu vurğulayıb.
“İlk dəfədir Azərbaycanda oluram. Bura gələndən Bakının bir çox yerlərini gəzmişəm. Paytaxtınızda gəzmək insana zövq verir. Şəhər mənim üçün çox maraqlıdır”, -deyə qonaq əlavə edib.
Müəllif: Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB