Meksika millisində qalmaqal yaranıb

Meksika millisində qalmaqal yaranıb

Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatında iştirak edəcək Meksika millisinin futbolçularının son addımları qalmaqala səbəb olub. Sportarena.az xəbər verir ki, yığmanın 9 üzvü – Ektor Errera, Gilyermo Oçoa, Xesus Qalyardo, Jonatan və Covanni dos Santos, Xesus Korona, Raul Ximenes, Karlos Salsedo və Marko Fabian təşkil etdikləri partiyə 30 eskort dəvət ediblər. Əksəri evli olan futbolçuların istirahəti 6 saata yaxın davam edib.

Qeyd edək ki, hadisənin Şotlandiya ilə yoxlama oyunundan sonra baş verdiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə