Alman klubu Qötzenin qardaşını transfer edib

Alman klubu Qötzenin qardaşını transfer edib

"Auqsburq" "Bavariya"nın futbolçusu Feliks Qötzeni heyətinə cəlb edib. Klubun saytında yer alan xəbərə görə, 20 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Borussiya"nın yarımmüdafiəçisi Mario Qötzenin kiçik qardaşı olan Feliks 2014-cü ildən Münhen klubunda çıxış edir. Gənclər komandasında oynayan futbolçu əsas komanda ilə heç bir görüşdə meydana çıxmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə