Jerar Pikenin evini kim qarət edib?

Jerar Pikenin evini kim qarət edib?

"Barselona"nın futbolçusu Jerar Pikenin evindən oğurluq edilib. Bu barədə nüfuzlu "AS" nəşri xəbər yayıb. Xəbərdə deyilir ki, Pike və onun xanımı Şakira evdə olmadığı vaxtda oğrular onların zinət əşyalarını aparıb. Evə isə heç bir ziyan dəyməyib. Pikenin valideynləri polisə şikayət edib. Oğurluq zamanı Pike İspaniya yığmasının düşərgəsində, Şakira isə Almaniyada konsertdə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə