Avstriyalı velosipedçi: "Bakıda dünya çempionatında mükəmməl şərait yaradılıb" - AÇIQLAMA
"Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatında bizim üçün mükəmməl şərait yaradılıb. Bakı Veloparkı beynəlxalq standartlara tam cavab verir. Burada idmançıların rahat məşq etmələri, yarışlarda öz məharətlərini göstərmələri üçün ideal şərait var. Ən xırda detallar belə peşəkarlıqla nəzərə alınıb". SİA-nın məlumatına görə, bu fikirləri velosiped idmanının BMX növü üzrə dünya çempionatının avstriyalı iştirakçısı Kan Vudri deyib.
Bakıda idmançıların rahatlığı ilə yanaşı, təhlükəsizliyinin də yüksək səviyyədə təmin edildiyini vurğulayan Kan Vudri bildirib ki, yaradılan mükəmməl şərait çempionata hərtərəfli hazırlıq işlərinin peşəkarlıqla aparılmasının nəticəsidir. O, Azərbaycanda insanların səmimi münasibətini, xalqımızın yüksək qonaqpərvərliyini və könüllülərin fəaliyyətini məmnunluqla qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB