Yüngül atletika karyerasını başa vuran olimpiya çempionu, məşhur sprinter Useyn Bolt futbolda debüt oyununa çıxıb. SİA-nın məlumatına görə, yamaykalı idmançı Norveçin “Stromqodset” komandasının heyətində ilk oyununu keçirib. Bu barədə klubun saytı xəbər yayıb.
Bolt Norveçin U-19 yığması ilə keçirilən yoxlama oyununun 71-ci dəqiqəsində meydana daxil olub. O, görüş ərzində qapıya bir zərbə vurub. Qarşılaşma “Stromqodset”in 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Xatırladaq ki, 31 yaşlı Bolt ötən il Londonda keçirilən dünya çempionatından sonra ciddi zədəyə görə atletika karyerasını bitirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB