BMX üzrə dünya çempionatı gələn il Belçikada təşkil olunacaq

BMX üzrə dünya çempionatı gələn il Belçikada təşkil olunacaq

2019-cu ildə velosiped idmanının BMX növü üzrə dünya çempionatı Belçikada təşkil olunacaq. SİA-nın məlumatına görə, mundialın Dessele şəhərində keçirilməsi barədə qərar 2017-ci ilin avqustunda Avropa Velosipedçilər İttifaqının Danimarkada baş tutan Rəhbərlər Şurasının iclasında qəbul olunub.

Belçika velosiped idmanı üzrə güclü ənənəyə malikdir. Belə ki, Belçika prestijli birgünlük “Tur Flandrii” və Lej-Baston-Lej veloyürüşlərinə ev sahibliyi edib. Həmçinin Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) yüksək kateqoriyalı çoxgünlük “Tour de Belguim”, qurumun 1 və 2 kateqoriyasına malik Kürne-Brüssel-Kürne, elit klassik kateqoriyasında 3, yüksək kateqoriyalı birgünlük 4 veloyarış təşkil olunub.

Bakıda keçirilən dünya çempionatı çərçivəsində iyunun 9-da mundialın bayrağı Belçikaya təqdim oluanacaq.

Qeyd edək ki, Bakıda təşkil olunan dünya çempionatında 43 ölkədən 1500-dək velosipedçi iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə