Edqars Reqzdins: "Avropa şəhərləri ilə müqayisədə Bakı daha çox rəngarəngdir" - AÇIQLAMA
"Oğlumla artıq dörd ildir ki, Avropada müxtəlif yarışlarda iştirak edirəm. Bakıya da velosiped idmanın BMX növü üzrə dünya çempionatına gəlmişik. Buradakı BMX stadionu çox yaxşı, möhkəm və sürətlidir. Yarışın təşkilatçılığı isə yüksək səviyyədədir". Bunu SİA-ya açıqlamasında latviyalı qonaq Edqars Reqzdins deyib.
Azərbaycanda ilk dəfə olduğunu qeyd edən E.Reqzdins bildirib ki, Avropa şəhərləri ilə müqayisədə Bakı daha çox rəngarəngdir. O, deyib: “Biz şəhəri maşınla gəzdik və olduğumuz yerləri çox bəyəndik. Həm şəhərin mərkəzində, həm də şəhər kənarında olduq. Burada sakinlər mehriban və qonaqpərvərdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB