Danimarkalı qonaq: “Bakıda dünya çempionatının təşkilatçılığı yüksək səviyyədədir” - AÇIQLAMA
“Oğlum Bakıda BMX üzrə dünya çempionatında 8 yaşlı idmançılar arasında mübarizə aparır. Azərbaycanda olmaqdan çox məmnunuq. Burada qonaqpərvərliklə qarşılandıq”. Bunu SİA-ya açıqlamasında Bakıda keçirilən velosiped idmanının BMX növü üzrə dünya çempionatına gəlmiş danimarkalı qonaq Luis Luka deyib.
Qonaq Azərbaycanın dünya çempionatını ötən ilki ev sahibi ABŞ-dan daha yaxşı təşkil etdiyini bildirib: “Bakıda dünya çempionatının təşkilatçılığı yüksək səviyyədədir. Burada bütün detalları ustalıqla fikirləşiblər”.
O, Bakıda İçəri Şəhərdə və digər gəzməli yerlərdə olduğunu, ticarət mərkəzlərində alış-veriş etdiyini qeyd edib: “Bu gün isə yarışdan sonra yenə də Bakını gəzməyi nəzərdə tutmuşam”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB