Son dünya çempionları "Bakı-2018"də mübarizəyə hazırlaşırlar - FOTOLAR

Son dünya çempionları "Bakı-2018"də mübarizəyə hazırlaşırlar - FOTOLAR

Velosiped idmanının BMX növü üzrə son dünya çempionları Bakıda keçirilən mudialda start xəttinə çıxacaqlar. SİA-nın məlumatına görə, ötən il ABŞ-da təşkil olunan dünya çempionatında kişilərin yarışında Korben Şarra 32,913 saniyə göstərici ilə birinci olub. Bu nəticə ilə ABŞ idmançısı ilk üçlükdə qərarlaşan fransalı velosipedçilər Silven Andre və Joris Dodeni qabaqlayıb.

Qadınların yarışında isə ABŞ təmsilçisi Eliz Post 33,235 saniyəlik nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Avtraliyalı Karolin Byukenen çempionatı ikinci, ikiqat Olimpiya çempionu kolumbiyalı Mariana Paxon isə üçüncü pillədə başa vurub.

Qeyd edək ki, Bakıda dünya çempionatında böyüklər arasında yarışlar iyunun 8-9-da keçiriləcək.

Titiullu idmançıların qatıldığı Bakı mundialının mütəxəssislər tərəfindən gərgin idman mübarizəsi şəriaitində keçəcəyi proqnozlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə