Niderlandlı velosipedçi: "Bakıda DÇ-də qalib gəldiyim üçün çox sevinirəm" - AÇIQLAMA
"Bakıda dünya çempionatında qalib gəldiyim üçün çox sevinirəm. Bu, çox çətin oldu. Paytaxtınızda velosiped idmanının BMX növü üzrə dünya çempionatı çox yüksək səviyyədə və orijinal üslübda təşkil olunub. SİA-nın məlumatına görə, bunu Bakıda keçirilən velosiped idmanının BMX növü üzrə dünya çempionatının həvəskar velosipedçilər arasında yarışlarında birinci yerə çıxan niderlandlı velosipedçi Robin Van Der Kolk deyib.
Bakıdaya birinci dəfədir gəldiyini deyən idmançı Azərbarbaycanda olmaqdan məmnunluğunu bildirib.O, paytaxt sakinlərinin gülərüz və qonaqpərvər olduğunu bildirib.
Velosipedçi mötəbər yarışın yüksək təşkilinə görə ölkəmizə minnətdarlığını ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB