Güləşçimiz Avropa çempionu olub

Güləşçimiz Avropa çempionu olub

Türkiyənin İstanbul şəhərində güləş üzrə U-23 Avropa çempionatı keçirilir. SİA-nın məlumatına görə, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri yarışıb. Yığmamız yarış gününü 1 qızıl medalla başa vurub.

87 kq çəki dərəcəsində mübarizə aparan İslam Abbasov ardıcıl olaraq Rusiya və Bolqarıstan təmsilçilərini tam üstünlüklə məğlub edib və yarımfinala yüksəlib. Yarımfinalda Macarıstan idmançısına da heç bir şans verməyən İslam finala yüksəlib. Həlledici görüşdə Xorvatiya təmsilçisinə də qalib gələn İslam Abbasov çempionatın qızıl medalına sahib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə