Azərbaycan idmançısı dünya çempionatında qızıl medal qazanıb

Azərbaycan idmançısı dünya çempionatında qızıl medal qazanıb

Beynəlxalq Hərbi İdman Şurasının (CISM) təşkilatçılığı ilə İsveçrənin Tun şəhərində hərbi atıcılıq üzrə 50-ci dünya çempionatı keçirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, çempionatda ölkəmizi Mərkəzi Ordu İdman Klubunun iki idmançısı - baş leytenant Ruslan Lunev və Nigar Nəsirova təmsil edirlər.

Ruslan Lunev tapançadan 25 metr məsafəyə atəşaçma yarışında Estoniya və Çindən olan rəqiblərini üstələyərək qızıl medala layiq görülüb və dünya çempionu adını qazanıb. Xatırladaq ki, mayın 30-da start götürən çempionata iyunun 6-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə