“Milan” Alessio Romanoli ilə müqaviləni yeniləyib

“Milan” Alessio Romanoli ilə müqaviləni yeniləyib

“Milan” futbolçusu Alessio Romanoli ilə müqaviləni yeniləyib. Klubun saytında yer alan xəbərə görə, 23 yaşlı müdafiəçinin yeni sözləşməsi 2022-ci ilin yayına qədərdir. Qeyd edək ki, italiyalı futbolçu 2015-ci ildə “Roma”dan “Milan”a keçib. O, başa çatan mövsümdə 28 oyuna çıxıb və 2 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə