"Yuventus"dan ayrılan Ştefan Lixtştayner karyerasını "Arsenal"da davam etdirəcək. Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. Azad agent kimi London təmsilçisinə keçən isveçrəli futbolçu yeni komandası ilə 1 illik müqavilə bağlayıb. O, "Arsenal"da 12 nömrəli formanı geyinəcək. Qeyd edək ki, Lixtştayner 2011-ci ildən "Yuventus"da oynayırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB