İtaliya A Seriyası təmsilçisi "Sassuolo" baş məşqçisi Cüzeppe Yakini ilə yollarını ayırıb. İtaliya klubunun rəsmi saytında yer alan xəbərə görə, 54 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Təcrübəli çalışdırıcı bu mövsüm komandanı aşağı liqaya düşməkdən xilas etsə də, rəhbərlik onunla əməkdaşlığa son qoyub. Qeyd edək ki, 2017-ci ilin noyabrından "Sassuola"nın sükanı arxasında olan Yakinini ötən mövsüm "Benevento"nu çalışdıran Roberto De Zerbinin əvəzləyəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB