"Dünya çempionatında çıxış etmək istəyirdim"

"Dünya çempionatında çıxış etmək istəyirdim"

Almaniya millisi və "Bavariya"nın qapıçısı Manuel Noyer mundial üçün yekun heyətdə yer almasını şərh edib. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, bərpa zamanı həm yaxşı, həm də pis günlər keçirdiyini deyib: "Mən həmişə optimist idim və məqsədim üçün çalışırdım. Dünya çempionatında çıxış etmək istəyirdim. Müsbət əhval-ruhiyyə olmadan bu komandada yer ala bilməzdim. İndi özümü yaxşı hiss edirəm".

Xatırladaq ki, 2017-ci ilin sentyabrında zədələnmişdi. O, ağır zədədən sonra ilk dəfə bu ay Avstriya ilə yoxlama matçında iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə