Bakıda DÇ-də növbəti qaliblər müəyyənləşib

Bakıda DÇ-də növbəti qaliblər müəyyənləşib

Bakıda keçirilən velosiped idmanının BMX növü üzrə dünya çempionatının “Challenge” yarışlarında qızlar arasında iki yaş kateqoriyası üzrə qaliblər müəyyənləşib. SİA-nın məlumatına görə, 16 və daha aşağı yaşlı qızların yarışında ABŞ idmançısı Makkenziya Qeyhart birinci olub. Yaponiyalı Jui Yabuta ikinci, Fransa təmsilçisi Kamilla İmbert üçüncü pillədə qərarlaşıblar.

Çempionatda 17-29 yaşlı velosipedçilərin yarışında ilk iki pillədə niderlandlı idmançılar – Suele Ruitenqa və Tamar Vedder yer alıblar. Üçüncü pillədə isə yeni zelandiyalı Toni Ceyms qərarlaşıb.

Qeyd edək ki, iyunun 9-dək davam edəcək dünya çempionatında 43 ölkədən 1500-dək velosipedçi birincilik uğrunda mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə