Bakıda keçirilən velosiped idmanın BMX növü üzrə dünya çempionatında yeniyetmə oğlanların yarışında maraqlı anlar yaşanıb. SİA-nın məlumatına görə, 12 və daha aşağı yaşlı idmançıların yarışında argentinalı Federiko Ariel Kapello birinci olub. Braziliyalı Lukas Moresko Zimmermann çempionatı ikinci, Niderland təmsilçisi Maddoks van Dine üçüncü pillədə başa vurublar.
Mundialda 13 və 14 yaşlı velosipedçilərin mübarizəsində Ekvador idmançısı Pedro Xose Benalkazar Querrero fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Avstraliyalı Cordan Kallum ikinci, Kolumbiya velosipedçisi Migel Angel Restrepo Ramos üçüncü olublar.
On beş və 16 yaşlı idmançıların mübarizəsində fransalı Joris Bequin birinci, braziliyalı İaqo Reinheymer Maçado ikinci, Kanada idmançısı Cole Zufelt üçüncü olublar.
Turnirdə 17-24 yaş kateqoriyasında mübarizədə Braziliya velosipedçisi Felippe Qonsalves bütün rəqiblərini qabaqlayaraq birinci olub. İlk üçlüyü avstraliyalı Ceyms Lautier və Niderland təmsilçisi Roberto Blom qapayıblar.
Oğlanların 25-29 yaş kateqoriyasında Niderland idmançısı Robin Van Der Kolk, latviyalı Klavs Lisovskis və fransalı Kevin Luna ilk üçlükdə yer alıblar.
Qeyd edək ki, iyunun 9-dək davam edəcək dünya çempionatında 43 ölkədən 1500-dək velosipedçi birincilik uğrunda mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB