Piter Korfild: "Bakıdakı Veloparkda idmançların rahatlığı üçün hər cür şərait yaradılıb" - AÇIQLAMA
"Bakını çox bəyəndim. Müasir binalar, təmiz küçələr, gülərüz insanlar yaddaşımda qalacaq. Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı çox yüksək səviyyədə təşkil olunub. Paxtaxtınızdakı Veloparkda idmançların rahatlığı üçün hər cür şərait yaradılıb. Burada yarışlar dostluq mühitində keçir". SİA-nın məlumatına görə, bunu Bakıda keçirilən velosiped idmanının BMX növü üzrə dünya çempionatının iştirakçısı, Böyük Britaniya komandasını təmsil edən veteran velosipedçi Piter Korfild deyib.
İdmançı Azərbaycan xalqının səmimiliyinin, eləcə də ölkəmizin təbii gözəlliklərinin onda xoş təəssürat yaratdığını bildirib.
“Sizin ölkənizdə insanlardan ancaq yüksək qonaqpərvərlik və xoş münasibət gördüm. Burada hər şey möhtəşəmdir. Bakı haqda mütləq dostlarıma danışacağam”, - deyə P.Korfild əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB