Bakıya DÇ-yə gələn turistlərin maraqlı görüntüləri - FOTOREPORTAJ

Bakıya DÇ-yə gələn turistlərin maraqlı görüntüləri - FOTOREPORTAJ

Bakıda keçirilən velosiped idmanın BMX növü üzrə dünya çempionatına minlərə xarici və yerli azarkeş gəlib. SİA-nın məlumatına görə, Bakıdakı Veloparkda BMX stadionun ətrafında azarkeşlər və turistlərin istirahəti üçün hər cür şərait yaradılıb. Qonaqlar tribunlarda rahatlıqla yarışı izləməklə yanaşı, stadionun ətrafında təşkil edilmiş əyləncə zonasında da dincələ bilirlər.

Bu zonada uşaqlar üçün “face-art” fəaliyyət göstərir. Azarkeşlərə isə velosiped idmanına məxsus geyim və aksesuarlar, milli mətbəximizin təamları, müxtəlif içkilər, qəlyanaltılar təqdim olunur. Tribunadan kənarda dincəlmək üçün müxtəlif qurğular vasitəsi ilə istirahət guşələri yaradılıb. Dünya çempionatının talismanı Qafqaz bəbiri azarkeşlərdə xoş anlar bəxş edir.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə