ABŞ velsopedçiləri “Bakı-2018”in medallarına iddiaçılar arasındadır

ABŞ velsopedçiləri “Bakı-2018”in medallarına iddiaçılar arasındadır

Xəbər verdiyimiz kimi, Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı başlayıb. SİA-nın məlumatına görə, mundialın medallarına iddiaçılar arasında ABŞ yığması da var.

Elit kateqoriyasında daha iddialı olan ABŞ millisinin heyətində iyunun 8-də və 9-da Bakıda qadınların yarışında Alise Post-Villouqbi, Mika Şav, Dani Corc və Bruk Krain birincilik uğrunda mübarizə aparacaq. Kişilərin mübarizəsində isə Korben Şarrah, Konnor Filds, Nik Lonq və Jerad Qarsia yarışacaq.

Yeniyetmə oğlanların yarışında Braynt Vayt, Ces Velç, qızlar arasında isə Stefani Morin və Dena Davson mundialın medalları uğrunda gücünü sınayacaq.

Qeyd edək ki, iyunun 9-dək davam edəcək dünya çempionatında 43 ölkədən 1500-dək idmançı mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə