UEFA Qvardiolanı iki oyunluq diskvalifikasiya edib

UEFA Qvardiolanı iki oyunluq diskvalifikasiya edib

UEFA İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiolanı iki oyunluq diskvalifikasiya edib. Qurum saytında yer alan məlumatına görə, buna səbəb İngiltərə təmsilçisinin baş məşqçisinin Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda evdə "Liverpul"la matçda hakimə qəti şəkildə etiraz etməsidir.

X.Qvardiola sözügedən qarşılaşmada meydandan qovulub. İspan mütəxəssisin cəzasının biri şərti xarekter daşıyacaq. Bu hal növbəti mövsümdə təkrarlanacağı təqdirdə, onun cəzası qüvvəyə minəcək.

Qeyd edək ki, "Mançester Siti" - "Liverpul" matçı qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə