Məhəmməd Salah dünya çempionatına yollanır!

Məhəmməd Salah dünya çempionatına yollanır!

Futbol üzrə Misir millisinin Rusiyada keçiriləcək dünya çempionatında hansı futbolçuların xidmətindən istifadə edəcəyi məlum olub. Baş məşqçi Ektor Kupor yekun “23-lüy”ə düşən oyunçuların adlarını açıqlayıb. Çempionlar Liqasının finalında “Real”la oyunda çiynindən zədə alan Məhəmməd Salah heyətə daxil edilib:

Qapıçılar: Essam El-Hadari (“Əl-Taavun”), Əhməd Əl-Şenavi, Şərif Əkrəmi (hər ikisi “Əl-Əhli”);

Müdafiəçilər: Məhəmməd Əbdül-Şəfi (Əl-Fateh), Əhməd Fəthi, Ayman Əşrəf, Saad Samir (hər üçü “Əl-Əhli”), Əhməd əl-Məhəmmədi (“Aston Villa”), Ömər Qaber (“Los-Anceles Qalaksi” – icarə), Əli Qabr, Əhməd Heqazi (hər ikisi “Vest Bromviç”), Mahmud Həmdi (“Zamalek”);

Yarımmüdafiəçilər: Abdulla Səid (KuPS), Mahmud Fadlalla “Şikabala” (“Əl-Raed”), Məhəmməd əl-Nenni (“Arsenal”), Tarek Hamed, Mahmud Əbdül-Əziz (hər ikisi “Zamelek”), Mahmud Hassan “Trezeqe” (“Kasımpaşa” – icarə”), Ramadan Sobhi (“Stok Siti”), Amr Varda (“Atromitos”), Sem Morsi (“Uiqan”);

Hücumçular: Məhəmməd Salah (“Liverpul”), Maruan Möhsün ( “Əl-Əhli”).

Qeyd edək ki, Misir dünya çempionatında Rusiya, Uruqvay və Səudiyyə Ərəbistanı yığmaları ilə birlikdə A qrupunda mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com