Xorvatiya millisinin yekun heyəti açıqlanıb

Xorvatiya millisinin yekun heyəti açıqlanıb

Xorvatiya millisinin DÇ-2018 üçün yekun heyəti açıqlanıb. Yığmanın rəsmi "Twitter" səhifəsində yer alan məlumata görə, baş məşqçi Zlatko Daliç 23 nəfərlik siyahıya aşağıdakı futbolçuların adlarını daxil edib.

Qapıçılar: Daniel Subaşiç ("Monako"), Lovre Kaliniç ("Gent"), Dominik Livakoviç ("Dinamo", Zaqreb)

Müdafiəçilər: Vedran Çorluka ("Lokomotiv", Moskva), Domqaoy Vida ("Beşiktaş"), İvan Striniç ("Sampdoriya"), Deyan Lovren ("Liverpul"), Şime Vrsalko ("Atletiko"), Yosip Pivariç ("Dinamo", Kiyev), Tin Yedvay ("Bayer"), Due Çaleta-Sar ("Zalsburq")

Yarımmüdafiəçilər: Luka Modriç, Mateo Kovaçiç (hər ikisi "Real"), İvan Rakitiç ("Barselona"), Milan Badel ("Fiorentina"), Marselo Brozoviç ("İnter"), Filip Bradariç ("Riyeka")

Hücumçular: Mario Mandjukiç ("Yuventus"), İvan Perişiç ("İnter"), Nikola Kaliniç ("Milan"), Andrey Kramariç ("Hoffenxaym"), Marko Pyatsa ("Şalke"), Ante Rebiç ("Ayntraxt").

Qrup mərhələsində Xorvatiya Nigeriya, Argentina və İslandiya ilə mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə