"Fənərbaxça"nın baş məşqçisi istefa verib

"Fənərbaxça"nın baş məşqçisi istefa verib

"Fənərbaxça"nın baş məşqçisi Aykut Kocaman istefa verib. SİA-nın məlumatına görə, 53 yaşlı mütəxəssis bu gün qərarını kluba bildirib. İstanbul təmsilçisinin yeni prezidenti Ali Koçun baş məşqçinin istefasını qəbul edib-etməyəcəyi bugünlərdə açıqlanacaq.

Qeyd edək ki, A.Kocaman ötən ilin yayından "Fənərbaxça"nı çalışdırırdı. Komanda onun rəhbərliyi altında son mövsümü 2-ci pillədə tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə