"Sumqayıt" daha bir futbolçusu ilə müqaviləni uzadıb

"Sumqayıt" daha bir futbolçusu ilə müqaviləni uzadıb

"Sumqayıt" daha bir müdafiəçisi ilə müqavilənin müddətini uzadıb. SİA-nın məlumatına görə, qapıçı Mehdi Cənətov 2018/2019 mövsümündə də "Gənclik şəhəri" təmsilçisinin şərəfini qoruyacaq.

Fərhad Vəliyevin karyerasını başa vurmasından sonra "Sumqayıt" yeni qapıçı axtarışına çıxıb. Cənətovla rəqabət aparmaq üçün heyətə yeni qolkiper cəlb olunacaq.

Qeyd edək ki, 26 yaşlı futbolçu 2016-cı ildən "Sumqayıt"da çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə