İtaliya millisinin iyunun 5-9-da Bakıda keçiriləcək velosiped idmanının BMX növü üzrə dünya çempionatı üçün heyəti açıqlanıb. SİA-nın məlumatına görə, mundialda İtaliyanı 10 velosipedçi təmsil edəcək.
İtaliya millisinin heyətində Andrea Anneçini, Leonardo Cantiero, Tommaso Dalla Stella, Federiko de Veççi, Giakomo Fantoni, Mattia Furlan, Giakomo Gargaglia, Tommaso Gasparoli, Mattia Girlanda və Marko Radaelli yer alıblar.
Qeyd edək ki, dünya çempionatında 47 ölkədən 1500-dək velosipedçi birincilik uğrunda mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB