Qazaxıstan - Azərbaycan oyununun hakimləri müəyyənləşib

Qazaxıstan - Azərbaycan oyununun hakimləri müəyyənləşib

Xəbər verdiyimiz kimi, bu gün Astana şəhərindəki “Astana Arena”da 21 yaşadək futbolçulardan ibarət Qazaxıstan və Azərbaycan yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. SİA AFFA-nın rəsmni saytına istinadən xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da (yerli vaxtla saat 15:00) başlayacaq.

Oyunu idarə edəcək hakimləri diqqətinizə çatdırırıq:

Baş hakim: Dmitri Muntyan

Baş hakimin köməkçiləri: Andrey Bodyan, Viktor Mardari

Dördüncü hakim: Aleksandr Tyan

(Hakimlər Moldovadandır)

Qazaxıstan U-21 – Azərbaycan U-21 yoldaşlıq oyunu CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə