Cerardın zədəsi İngiltərə Futbol Federasiyasına neçəyə başa gələcək?

Cerardın zədəsi İngiltərə Futbol Federasiyasına neçəyə başa gələcək?

Kapellonun Steven Cerardı komandasında sağlam olaraq görmək israrı deyəsən İngiltərə Futbol Federasiyasına baha başa gələcək. SİA-nın məlumatına görə, "Liverpul"un kapitanı Fransa ilə yoldaşlıq oyununda zədələnib. Klubun baş həkimi Darren Burges isə günahı milli komandada görür. "Liverpul" cəbhəsində isə zərərin qarşılanması iddia olunur. İngiltərə mediasının yazdığına görə, klub kompensasiya olaraq milli komandadan hər həftəyə görə 120.000 paund, ümumilikdə isə 500.000 pound tələb edir.
Qeyd edək ki, ötən illərdə "Nyukasl" klubu da Ovenin milli komandada zədələnməsinə görə təzminat almışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə