Didye Deşam: "Poqbanı əvəzolunmaz hesab edirəm"

Didye Deşam: "Poqbanı əvəzolunmaz hesab edirəm"

Fransa millisinin baş məşqçisi Didye Deşam "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbaya dəvət göndərməyinin səbəbini açıqlayıb. SİA-nın məlumatına görə, fransalı mütəxəssis bunları deyib: "Poqbanın bacarığına şübhə etmirəm. Onun potensialına yaxşı bələdəm. Amma Pol oyun səviyyəsini yüksəltməlidir. Poqbanı milliyə dəvət etməyimin səbəbi onu əvəzolunmaz hesab etməyimdir. Digər futbolçular kimi ona da güvənirəm. Yenidən imkan yaranaydı, Poqbanı mütləq çağırardım. O, komandanın oyununa çox fayda verir".

Bütün xəbərlər Facebook səhifəmizdə