Ronaldonu DÇ-də döyüşçü qoruyacaq

Ronaldonu DÇ-də döyüşçü qoruyacaq

"Real Madrid"in və Portuqaliya yığmasının ulduz hücumçusu Kriştianu Ronaldonu Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı zamanı keçmiş desantçı Nuno Marekos və MMA döyüşçüsü Qonsalo Salqado qoruyacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Marekos əvvəllər orduda xidmət edib, indi isə Portuqaliyanın özəl mühafizə şirkətlərindən birini təmsil edir. Marekos yalın əllə öküzlərlə döyüşməsinə görə seçilir.

Salqado da həmin mühafizə şirkətində çalışır. O, 2006-cı ildən 2011-ci ilə qədər superağır çəkidə 7 döyüşdə qalib gəlib.

Xatırladaq ki, Portuqaliya DÇ-2018-in qrup mərhələsində İspaniya, Mərakeş və İranla qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə