"Fənərbaxça"nın yeni prezidenti müəyyənləşib

"Fənərbaxça"nın yeni prezidenti müəyyənləşib

Türkiyənin “Fənərbaxça” klubunun prezidenti vəzifəsinə seçkilər baş tutub. SİA-nın məlumatına görə, İstanbul nəhəngində 20 il sonra prezidentlik postu əl dəyişib. Belə ki, bu müddət ərzində “Fənərbaxça”ya rəhbərlik etmiş Əziz Yıldırım bu dəfə seçkilərdə qalib gələ bilməyib. O, klub prezidentliyinə digər namizəd Ali Koçla rəqabətdə uduzub.

Qeyd edək ki, Ali Koç “Fənərbaxça” tarixinə 33-cü klub prezidenti kimi keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə