Leonardo Roşa: "Biz səviyyəmizi göstərib qalib gəlməliyik”

Leonardo Roşa: "Biz səviyyəmizi göstərib qalib gəlməliyik”

Bu gün Azərbaycan Premyer Liqası çərçivəsində "Bakı" klubu səfərdə MOİK-lə qarşılaşacaq. Paytaxt təmsilçisinin futbolçuları oyunla bağlı fikirlərini klubun rəsmi saytına bildirib. SİA həmin fikirləri nəzərinizə çatdırır:

Marko Şarliya: "Əksər insanlar bugünkü oyunun asan keçəcəyini güman edirlər. Mən tam əksini düşünürəm. Bu oyun çox ağır olacaq. Biz çempionatın ikinci dövrəsində qələbə seriyası əldə etmişik. Bunu davam etdirmək üçün bu gün də inamlı oynamalıyıq. Bu gün 3 xal qazansaq, özünəinam hissimiz daha da artacaq".

Jaba: "MOİK ötən turda AZAL-ı büdrətdi. AZAL-dan xal alıblarsa, bu komandadan çəkinmək lazımdır. Bu oyunda hər şey ola bilər. Diqqətli olmalıyıq".

Leonardo Roşa: "Bu həftə yaxşı hazırlaşmışıq. Azarkeşlərimiz fikirləşməsinlər ki, asan oyun olacaq. Biz səviyyəmizi göstərib, qalib gəlməliyik ".

Əziz Quliyev: "Hamımızda qələbə əzmi var. Bu oyuna çox ciddi hazırlaşmışıq. Belə davam etsək, mükafatçılar sırasına düşə bilərik. Bu oyun çox çətin olacaq. Belə komandalara qarşı oynamaq həmişə çətin olub. Onların itirəcəyi bir şey yoxdur. Böyük komandalara qarşı daha motivasiyalı oynayırlar ki, özlərini göstərsinlər. Sonuncu dəqiqəyə qədər döyüşəcəklər. Biz bu oyunu futbolçularımızın fərdi ustalığı sayəsində qazanmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə