Azərbaycan cüdoçusu Avropa çempionatının “bürünc”ünü qazandı

Azərbaycan cüdoçusu Avropa çempionatının “bürünc”ünü qazandı
Xəbər verdiyimiz kimi, cüdo üzrə gənclər arasında Avropa çempionatı keçirilir. SİA-nın məlumatına görə, Bosniya və Hersoqovinada təşkil olunmuş yarışın ilk günü Azərbaycan yığma komandasından 2 idmançı  İlqar Müşkiyev (60kq) və Orxan Hacıağalı (66kq) mübarizəyə qatılıblar.
Təmsilçimiz İlqar Müşkiyev çempionatda komandamıza ilk medalı qazandırıb. Belə ki, cüdoçumuz yarışda 3-cü yerə layiq görülüb. O, son görüşündə litvalı idmançını ipponla məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə