"Tottenhem" və Fransa millisinin qapıçısı Uqo Lyoris həmyerlisi Pol Poqba haqqında danışıb. SİA-nın məlumatına görə, qolkiper bunları deyib: "Poqba artıq gənc futbolçu deyil. O, millidə və klubda kifayət qədər təcrübə toplayıb. Polun istedadı böyükdür. Hamı bu barədə lap əvvəldən bilir. Bəziləri razı olmasa da, Poqba çox yaxşı mövsüm keçirdi. Mən bir peşəkar qapıçı və futbol azarkeşi kimi bu fikirdəyəm. Onun Fransa millisində parlamaq və lider olmaq şansı var. Poqba bunu meydanda və ondan kənarda göstərməlidir. Vacibdir ki, o, oyununa köklənsin. Bu, digərlərini ardınca aparmağın ən yaxşı yoludur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB