“Səbail” daha bir futbolçusu ilə yolları ayırıb. SİA-nın məlumatına görə, paytaxt klubu Pərviz Qaraxanovla vidalaşıb. Belə ki, P.Qaraxanovun klubla muqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə olunub. Futbolçuya azad agent statusu verilib.
Bununla da “Səbail”dən ayrılan oyunçuların sayı 13-ə çatıb. "Aslanlar" Yevgeni Koçuk, Faruk Miya, Elman Taqayev, Ayrton Stati, Nikoloz Apakidze, Murad Ağayev, Vahit Orazsahedov, Nurlan Novruzov, Raul Yaqubzadə, Kərim Diniyev, Vüqar Nadirov və Ruslan Əmircanovla vidalaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB