Roman Qriqorçuk “Astana” ilə müqavilə imzalayıb

Roman Qriqorçuk “Astana” ilə müqavilə imzalayıb

“Qəbələ” futbol klubunun sabiq baş məşqçisi Roman Qriqorçuk karyerasını Qazaxıstanda davam etdirəcək. SİA-nın məlumatına görə, ukraynalı mütəxəssis “Astana” klubu ilə müqavilə imzalayıb.

Qeyd edək ki, 2015-ci ilin əvvəlindən “Qəbələ”nin baş məşqçisi olan Qriqorçuk bu postda 3,5 mövsüm çalışıb. “Qırmızı-qaralar”la Azərbaycan Premyer Liqasında 2 dəfə gümüş, 2 dəfə bürünc mükafat qazanan ukraynalı 2 dəfə kubokun finalınadək irəliləyib. Qriqorçukun rəhbərliyi altında 3 dəfə UEFA Avropa Liqasında çıxış edən “Qəbələ” 2015/2016-cı və 2016/2017-ci il mövsümlərində turnirin qrup mərhələsinə qədər yüksəlib.

O, daha əvvəl Latviyanın “Dinaburq” və “Ventspils”, vətənində isə “Metallurq” ilə “Çernomorets” komandalarına rəhbərlik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə