Azərbaycan idmançısı "Heroic battle" döyüşünə çıxacaq - FOTOLAR

Azərbaycan idmançısı "Heroic battle" döyüşünə çıxacaq - FOTOLAR

İyunun 2-də Almaniyanın Düsseldorf şəhərində kikboksinq idmanı üzrə peşəkarlar arasında reytinq qarşılaşması olan 22-ci "Heroic battle" döyüşü (Qəhrəmanlıq döyüşü) keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın SİA-ya verdiyi məlumata görə, 20 ölkə idmançısının mübarizə aparacağı döyüşdə Azərbaycanı Dünya Kubokunun gümüş mükafatçısı, bir sıra yarışların qalibi Şikar Bədəlov təmsil edəcək.

Qeyd edək ki, Şikar Bədəlov ötən, 21-ci "Heroic battle" döyüşünün qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə