“Bavariya”nın 4 futbolçusu komandadan ayırla bilər

“Bavariya”nın 4 futbolçusu komandadan ayırla bilər

Yay transfer dövründə Münxenin “Bavariya” klubunun 4 futbolçusu komandanı tərk edə bilər. SİA-nın məlumatına görə, söhbət Jerom Boatenq, Arturo Vidal, Xuan Bernat və Tiaqo Alkantaradan gedir.

“Bavariya” ilə birillik müqaviləsi olan Vidal və Bernat komandadakı vəziyyətdən narazıdırlar. “Mənim agentim bütün məsələləri aydınlaşdıracaq. Gələn mövsümü yaxşı keçirmək istəyirəm”, - deyə Vidal bildirib. Gedəcəyi komanda barədə danışan çilili futbolçu yalnız UEFA Çempionlar Liqasında mübarizə aparan klublardan birində forma geymək istədiyini bildirib.

Alkantara və Boatenq isə Rusiyada keçiriləcək dünya çempionatından sonra “Bavariya”da qalıb-qalmayacaqları barədə qərar qəbul edəcəklərini deyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə