“Qalatasaray”ın uruqvaylı qapıçısı Muslera ölkəsində məşqlər zamanı zədələnib. SİA-nın məlumatına görə, milli komandanın üzvünün zədələnməsi onun Rusiyada keçiriləcək dünya çempionatında iştirakını sual altında qoymuşdu. Bu isə, Uruqvay millisində narahatlıq yaratmışdı. Ancaq son müayinələrdən sonra bəlli olub ki, futbolçu mudialda çıxış edə biləcək. Əlindən zədələnən qolkiperin müalicəsi tamamlandıqdan sonra o yenidən məşqlərə başlayıb.
Qeyd edək ki, Uruqvay dünya çempionatında ilk matçını iyunun 15-də Misirə qarşı keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB