Gənc güləşçilərimiz beynəlxalq turnirdə yarışacaqlar

Gənc güləşçilərimiz beynəlxalq turnirdə yarışacaqlar

İyunun 1-3-də Rusiyanın Kaspiysk şəhərində Suraqat Asyatilovun xatirəsinə həsr olunan gənclər arasında yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçiriləcək. SİA-nın məlumatına görə, gənclərdən ibarət yunan-Roma güləşi üzrə yığma komandamız məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında 15 güləşçi ilə turnirdə iştirak edəcək.

Heyətdə Zülfüqar Əliyev, Ağaqulu Quliyev, Xancavad Məcidzadə (hamısı 55 kq), Zaur Nuriyev, Əsgər Əlizadə, Həsən Məmmədli (hamısı 60 kq), Kamran Mirzəliyev, Elnur Musayev (hər ikisi 63 kq), Kənan Cəfərov, Məmmədəli Həsənov (hər ikisi 67 kq), Nəsir Həsənov (77 kq), Aslan Məmmədov, Xəyal Arazəliyev (hər ikisi 82 kq), Nəzərşah Fətullayev (87 kq) və Tarış Əbilov (130 kq) yer alıblar.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Bəşir İsazadə təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə