Florentino Peres: "Zidanın qərarı mənə zərbə oldu"

Florentino Peres: "Zidanın qərarı mənə zərbə oldu"

“Real”ın prezidenti Florentino Peres bəyan edib ki, Zinəddin Zidanın komandadan istefası onun üçün gözlənilməz olub. O deyib ki, Çempionlar Liqasındakı qələbədən sonra bu, gözlənilməz addımdır:

“Amma biz bu qərara hörmətlə qarşılamalıyıq. Zidanın qərarı mənə zərbə oldu. Mən onu fikrindən daşındırmaq istərdim. Amma başa düşürəm ki, bu, mümkün deyil. Ona “Real” üçün etdiklərinə görə təşəkkürümü bildirirəm. Zidanla vidalaşmıram, sadəcə, “görüşənədək” deyirəm. Əgər Zidana istirahət lazımdısa, o, buna layiqdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə