Autsayderi 3-cü edən Tərlan Əhmədovla müqavilə yenilənmədi

Autsayderi 3-cü edən Tərlan Əhmədovla müqavilə yenilənmədi

"Neftçi” PFK əsas komandanın baş məşqçisi Tərlan Əhmədovla yollarını ayırıb. SİA-nın məlumatına görə, klubun rəsmi saytında yer alan məlumatda qeyd olunur ki, Müşahidə Şurasının və təsisçilərin qərarı ilə onunla qüvvədə olan müqavilə yenilənməyib.

Qeyd edək ki, "Neftçi"yə 2017-ci ilin sentyabr ayında baş məşqçi təyin olunan T.Əhmədov turnir cədvəlinin son pillələrində olan komandanı ölkə çempionatında üçüncü pilləyə qədər yüksəldib. Ondan əvvəl autsayder olan "Neftçi" adıçəkilən mütəxəssisin rəhbərliyi ilə Premyer Liqanın bürünc meddallarını qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə