Arif Əsədov: "Komandamızda "Qəbələ" sindromu var idi"

Arif Əsədov: "Komandamızda "Qəbələ" sindromu var idi"

"Neftçi" PFK-nın baş məşqçisi Arif Əsədov "Qəbələ" ilə oyun barədə klubun rəsmi saytına münasibətini bildirib. SİA-nın məlumatına görə, baş məşqçi "Qəbələ" klubunun Premyer Liqada güclü komandalardan biri olduğunu, ötən mövsüm "Nefçi" üçün ən arzuolunmaz rəqiblərdən biri olduğunu qeyd edib. O, hər bir komandanın meydanı qalib kimi tərk etmək istədiyini vurğulayaraq, "Qəbələ"nin altılığa düşməyə iddialı klublardan olduğunu deyib. A.Əsədov digər komandalar kimi "Qəbələ"nin də flaqmana qarşı var gücü ilə oynayacağını önə çəkib: "Komandamızda "Qəbələ" sindromu var idi və bu sindromu biz 1-ci dövrədə Qəbələdə qıra bildik. Bu dəfə də çalışacağıq ki, qələbə qazanaq. Komandaya gəldikdə isə zədəli futbolçularımız var, bunlar Rail Məlikov, Paulius Qribauskas və Flavinyodur. Kkollektivdə əhval-ruhiyyədə yüksək səviyyədədir. Yeganə məqsədimiz 3 xal qazanmaqdır və turnir cədvəlinin zirvəsində mövqeyimizi bir qədərdə möhkəmlətməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə