“Kalyari” baş məşqçisi ilə yolları ayırıb

“Kalyari” baş məşqçisi ilə yolları ayırıb

İtaliyanın “Kalyari” klubu baş məşqçisi Dieqo Lopeslə yolları ayırıb. SİA-nın məlumatına görə, rəhbərlik 43 yaşlı məşqçinin başa çatan müqaviləsini yeniləməməyi qərara alıb.

Uruqvaylı mütəxəssis mövsümün əvvəlindən komandanı çalışdırırdı.

Qeyd edək ki, “Kalyari” İtaliya A Seriyasında mövsümü 16-cı pillədə tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə